- Qanundan kənarda
- 24 Mart 2019 12:34
- 2 216
Tanınmış aparıcının evini yardılar

ATV-nin aparıcısı Vüsal Qurbanovun evinə oğru girib.
Bu barədə “ATV Xəbər”də məlumat verilib.
Hadisə martın 22-də Abşeron rayonunun Mehdiabad qəsəbəsində qeydə alınıb. Oğrular mənzildən 30 min manatlıq qızıl və 7 min manat dəyərində pul götürüb.
Abşeron RPİ-nin Mehdiabad polis bölməsindən verilən məlumata görə, hadisə ilə bağlı araşdırma aparılır.
Bildirilib ki, artıq hadisə yerindən əl izləri götürülüb.(qafqazinfo.az)
AzNews.az