Faktla bağlı araşdırmalar davam etdirilir. Faktla bağlı araşdırmalar davam etdirilir.

Qəbir daşlarını dağıdan şəxs saxlanıldı - FOTO

Faktla bağlı araşdırmalar davam etdirilir.

Aprelin 1-də Şəmkir rayonunun Keçili kəndinin bir qrup sakini DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə müraciət edərək martın 31-dən aprelin 1-nə keçən gecə kənd ərazisində yerləşən qəbristanlıqda naməlum şəxs və ya şəxslər tərəfindən iki qəbir daşının yararsız hala salınması, 50-dən çox məzar daşının isə yaxınlığında olan güldanlarının qırılmasını bildiriblər.

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, dərhal Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Şəmkir rayon Keçili kənd sakini, 26 yaşlı Coşqun Nəcəfli saxlanılıb. 2010-cu ildən Şəmkir rayon Poliklinikasında epilepsiya, yəni tez-tez qıcolma tutmaları şəxsiyyətin dəyişməsi diaqnozu ilə qeydiyyatda olan C. Nəcəfli ilkin dindirilmə zamanı törətdiyi hadisəni etiraf edib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

AzNews.az

image description image description image description