Sabiq icra başçısının qohumuna hökm oxundu

Xalid Məmmədov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin keçmiş rəis müavini Xalid Məmmədova hökm oxunub.

Hakim Mahmud Ağalarovun icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə X.Məmmədov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, X.Məmmədov zərərçəkmiş Elsevər Rufullayevdən Xətai rayonu ərazisində obyekt tikməyə icazə vermək üçün 40 min manat alıb. Tikinti qanunsuz olduğu üçün daha sonra Bakı Şəhər İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyi tərəfindən dayandırılıb.

Xatırladaq ki, X.Məmmədov Xətai Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Razim Məmmədovun əmisi oğludur.

Razim Məmmədov 2018-ci il dekabrın 13-də prezident İlham Əliyevin sərəncamı əsasında vəzifəsindən azad olunub.(qafqazinfo.az)

AzNews.az