- Qanundan kənarda
- 20 Aprel 2019 13:47
- 2 836
Bir Meksika klassikası: restoranda atışma - 13 ölü var

Polis atəş açan şəxslərin axtarışlarını aparır
Meksikanın cənub-şərqindəki Verakrus ştatında atışma baş verib.
Hadisə nəticəsində 13 nəfər, o cümlədən 1 uşaq həlak olub.
Qeyd olunur ki, naməlum silahlılar Minatitlan şəhərində yerləşən restoranların birinə əyləncə zamanı daxil olub və içəridə olanlara atəş açıb.
Hazırda polis atəş açan şəxslərin axtarışlarını aparır. Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır. (Trend)