Oğurladığı gödəkçəni əyninə geyinib qaçdı

Bakının mərkəzində yerləşən ticarət mərkəzində oğurluq olub

Hadisə Bakının Nəsimi rayonu ərazisində fəaliyyət göstərən “28 Mall” Ticarət Mərkəzində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini, 1980-ci il təvəllüdlü Fərid Abdulhadi adlı şəxs ticarət mərkəzindəki brend mağazalardan birinə daxil olub. O, həmin mağazada vitrinə qoyulan bahalı gödəkçələrdən birini əyninə geyinərək mağazadan çıxıb və qaçaraq hadisə yerindən uzaqlaşıb.

Hadisə ilə bağlı dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib. Nəsimi Rayon Polis İdarəsi tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində F.Abdulhadi saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.(oxu.az)

AzNews.az