Hadisəni törədən şəxs artıq saxlanılıb Hadisəni törədən şəxs artıq saxlanılıb

Bakıda qətlin üstü açıldı: 70 yaşlı qadını gəlini öldürüb - YENİLƏNİB

Hadisəni törədən şəxs artıq saxlanılıb

Bakıda törədilən qətlin üstü açılıb.

Xətai rayon Polis İdarəsindən verilən məlumata görə, araşdırmalar nəticəsində 70 yaşlı Qreçneva Valentina Aleksandrovnanın gəlini tərəfindən qətlə yetirildiyi məlum olub. Gəlini onun başına küt alətlə vuraraq öldürüb.

Hadisəni törədən şəxs artıq saxlanılıb.

12.03

Bakıda qətl törədilib.

Hadisə paytaxtın Xətai rayonu, Telnov küçəsində qeydə alınıb. Həmin küçənin sakini, 1949-cu il təvəllüdlü Qreçneva Valentina Aleksandrovnanın yaşadığı evdə üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən dərhal hadisə yerində meyitə baxış keçirilib, maddi sübutlar qablaşdırılaraq götürülüb və müvafiq ekspertizalar təyin edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir. (APA)