Faktla bağlı araşdırmalar davam etdirilir Faktla bağlı araşdırmalar davam etdirilir

18 vətəndaşa qarşı dələduzluq edən şəxslər yaxalandılar

Faktla bağlı araşdırmalar davam etdirilir

On səkkiz nəfərə qarşı dələduzluq edən dörd nəfər tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, 18 vətəndaşa qarşı dələduzluq etməkdə şübhəli bilinənlər - Bakı şəhər sakinləri M.Şərifov, əvvəllər məhkum olunmuş M.Abdullayev, Şəki rayon sakini V.Abdullayev və Gəncə şəhər sakini, əvvəllər də dələduzluğa görə məhkum olunmuş Ş.Musayev Kəpəz Rayon Polis İdarəsi və Metropolitendə Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar.

Faktla bağlı araşdırmalar davam etdirilir.

AzNews.az