Atasının dostları 12 yaşlı qız uşağına pul qarşılığında təcavüz edib Atasının dostları 12 yaşlı qız uşağına pul qarşılığında təcavüz edib

Bu xəbər Hindistanda şok yaratdı

Atasının dostları 12 yaşlı qız uşağına pul qarşılığında təcavüz edib

Hindistanda 12 yaşlı bir qıza atasının dostları tərəfindən təcavüz edildiyi xəbəri ölkədə şoka səbəb oldu.

AzNews.az xəbər verir ki, qız iki ildir yaşadıqlarını vəkillərə danışdı. Bəzi kişilərin hər həftə sonu evlərinə gəlib ona təcavüz etdiyini söylədi:

"Hər şey atam bəzi dostlarını evə dəvət etdikdən sonra başladı. Evə gəlib içki içirdilər, sərxoş olub valideynlərimin gözü qarşısında təcavüz edib, ora-burama toxunurdular. Evdəkilərin bəziləri yoxa çıxır, anamla birlikdə yataq otağına girirdilər. Sonra bir gün, atam məni dostlarından biri ilə yataq otağına itələdi və qapını çöldən kilidlədi. O gün atamın dostu tərəfindən təcavüzə uğradım".

Əldə edilən məlumata görə, qızın atası evdə bir neçə kişini toplayaraq qızı ilə pul qarşılığında görüşdürürmüş.

Hüquqşünaslar qıza o vaxtdan bəri ən azı 30 kişi tərəfindən təcavüz edildiyini təxmin edirlər.

20 sentyabr 2019-cu ildə müəllimlərinin köməyi ilə qız qorumaya alınır və sığınacağa aparılır.

Tibbi müayinə uşağa dəfələrlə təcavüz edildiyini təsdiqləyir. Məhkəmə işi ilə əlaqədar atası da daxil olmaqla dörd kişi təcavüz və uşaq zorakılığı ittihamı ilə həbs olunur.

Polis uşağa təcavüz etdiyi iddia olunan daha 5 nəfərin yerini təyin etməyə çalışır. Polis evlərinə girib çıxan təxminən 25 kişinin adlarını və fotoşəkillərini çəkərək qıza göstərib və onları tanımağını xahiş edib.

Ancaq qız heç kəsin üzünü xatırlamadığını, hər şeyin yaddaşında bulanıq olduğunu söyləyir.

AzNews.az