- Qanundan kənarda
 - 27 İyun 2020 09:03
 - 4 260
 
Bakıda yaşayış binasında yanğın olub
            Bu barədə Fövqəladə Hallar Nazirliyi bildirib
Bakıda yaşayış binasında yanğın hadisəsi baş verib.
Bu barədə AzNews.az-a Fövqəladə Hallar Nazirliyi bildirib.
Məlumata görə, hadisə Nəsimi rayonunda qeydə alınıb. Belə ki, beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində ümumi sahəsi 35 m² olan 2 otaqlı mənzildə ev əşyaları 5 m² sahədə yanıb. Mənzil yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.