- Qanundan kənarda
- 21 Sentyabr 2020 19:53
- 3 430
Bakı Olimpiya Stadionunun yaxınlığında yanğın başlayıb
İlkin məlumata görə, 0,5 ha sahədə qamışlıq və kol-kos yanır
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Sabunçu rayonunda açıq ərazidə yanğın olması barədə məlumat daxil olub.
Bu barədə AzNews.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb edilib.
İlkin məlumata görə, 0,5 ha sahədə qamışlıq və kol-kos yanır.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.
Qeyd edək ki, yanğın baş verən ərazi Bakı Olimpiya Stadionunun yaxınlığıdır.