Bərdədə oğurluq edən şəxslər saxlanıldı

DİN məlumat yayıb

Martın 7-də Bərdə rayon sakini olan bir şəxs Türkmən kəndində yerləşən özünə məxsus fərdi yaşayış evindən oğurluq edilməsi barədə Rayon Polis Şöbəsinə (RPŞ) ərizə ilə müraciət edib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Bərdə regional qrupundan AzNews.az-a verilən məlumata görə, müraciətlə əlaqədar RPŞ-nin əməkdaşları tərəfindən müvafiq tədbirlər yerinə yetirilib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bərdə rayon sakinləri - Nicat Mehdiyev, əvvəllər məhkum edilmişlər Aqil Əliyev, Əliş Mirzəzadə, Dünyamin Məmmədov saxlanılaraq istintaqa cəlb olunublar.

Oğurluqda şübhəli bilinən daha bir nəfərin şəxsiyyəti müəyyən edilib.

Araşdırmalarla onların 6 ədəd avtomobil akkumulyatoru, 1 ədəd qızıl qolbağı, 1 ədəd televizor və kondisioner oğurlamaqla zərərçəkmiş şəxsə 4 min manat civarında ziyan vurduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.