DİN məlumat yayıb DİN məlumat yayıb

Bakıda marketdən seyf oğurlayan şəxs saxlanıldı - VİDEO

DİN məlumat yayıb

Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində Binə qəsəbəsində yerləşən marketlərdən birindən içərisində 9000 manat olan seyfi oğurlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən AzNews.az-a verilən məlumata görə, əməliyyat zamanı paytaxt sakini Dilqəm Kamalzadə tutulub.

Araşdırma zamanı məlum olub ki, bu şəxs seyfi oğurlayandan sonra Binə qəsəbəsində yaşadığı evə gətirərək gizlədib.

Polislər tərəfindən seyf həmin ünvandan tapılaraq maddi sübut kimi götürülüb. D.Kamalzadənin törətdiyi oğurluq marketdə olan müşahidə kameraları vasitəsi ilə də lentə alınıb.

Faktla bağlı 3-cü Polis Bölməsində toplanan materiallar Xəzər RPİ-nin İstintaq Şöbəsinə göndərilib. D.Kamalzadə barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.