Şəmkir sakini qonşusu tərəfindən bıçaqlandı

Faktla bağlı araşdırma aparılır

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.

AzNews.az-ın verdiyi məlumata görə, hadisə rayonun Seyfəli kəndində qeydə alınıb.

Kənd sakini 1986-cı il təvəllüdlü Vasif Həsənov 3 bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Xəstə əməliyyat olunub, vəziyyətin kafi olduğu bildirilir. İlkin araşdırma zamanı məlum olub ki V.Həsənovu şəxsi münasibətlər zəminində qonşusu 1982-ci il təvəllüdlü Vüsal Hüseynov bıçaqlayıb.

Hadisəsi törədən şəxs Şəmkir Rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.