AMEA-nın vəzifəli şəxsi barədə cinayət işi başlanıb

Yaxın vaxtlarda məhkəmənin hazırlıq iclası keçiriləcək

Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşının barəsində olan cinayət işinin istintaqı yekunlaşıb.

Aznews.az xəbər verir ki, AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının aparıcı elmi işçisi, fəlsəfə doktoru Ədalət Ətayi xüsusi ittiham qaydasında böhtan atmaqda təqsirləndirilir. Fəlsəfə doktoru barəsində Cinayət Məcəlləsinin 147.2-ci (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə ittiham olunur.