- Qanundan kənarda
- 16 İyun 2021 23:15
- 7 120
“Port Wine Grill ” restoranın icarədarı 4 min manat cərimə olunub

Məlumatı DİN Mətbuat Xidmətindən təsdiqləyiblər
Paytaxtın Səbail rayonunda xüsusi karantin rejim qaydalarına əməl etməyən “Port Wine Grill ” restoranın icarədarı barəsində qanunvericiliyə uyğun müvafiq tədbir görülüb.
Aznews.az xəbər verir ki, Səbail RPİ əməkdaşları tərəfindən keçirilən tədbirlərlə sanitariya-gigiyena və karantin rejim qaydalarını pozan restoranın icarədarına İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsilə (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) 4000 manat miqdarında inzibati tənbeh tədbiri tətbiq olunub.
Məlumatı DİN Mətbuat Xidmətindən təsdiqləyiblər.