Abel Məhərrəmovun restoranının administratoru həbs edildi - 20 şəxs cəzalandırıldı + VİDEO

Şəmsi Şıxıyev 4 min manat cərimələnib

Dünən Bakı Dövlət Universitetinin sabiq rektoru, keçmiş deputat Abel Məhərrəmova məxsus "Mona Liza" restoranında keçirilən toya görə şadlıq evinin administratoru Musa Balazadə məhkəmə qarşısına çıxarılıb.

AzNews.az "Qafqazinfo" xəbər verir ki, o, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 8 sutka inzibati qaydada həbs edilib.

Qeyd edək ki, sözügedən toyla bağlı restoranın müdiri Şəmsi Şıxıyev 4 min manat cərimələnib.

***

Xəbər verdiyimiz kimi, ötən gecə BDU-nun sabiq rektoru, AMEA-nın üzvü, akademik Abel Məhərrəmova məxsus “Mona Liza” restoranında bir gündə iki toy məclisi keçirilib. Keçirilən toy mərasimində Nazirlər Kabineti Yanında Operativ Qərargahın bütün qərar və qanunları kobud şəkildə pozulub.


Məsələ ilə bağlı açıqlama verən DİN-nin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bu barədə araşdırmanın başa çatdığını bildirib: “Araşdırma aparıldı. Nərimanov rayon polis idarəsinin əməkdaşları müəyyən edib ki, dünən axşam saat 19:00-dan 22:30-a kimi Mona Liza restoranında məhdud sayda toy mərasimi keçirilib. Adıçəkilən restoranın sahibi Şəmsi Şıxıyev və həmin sarayın inzibatçısı Balazadə Musa inzibati xətalar məcəlləsinin müvafiq maddəsi ilə barələrində protokol tərtib olub. Restoranın sahibi 4000 manat cərimələnib. Toyun təşkilatçıları və 20 nəfər barədə də qanunvericiliklə tədbir görülüb”.

***

Ötən gecə BDU-nun sabiq rektoru, AMEA-nın üzvü, akademik Abel Məhərrəmova məxsus “Mona-Liza” restoranında bir gündə iki toy məclisi keçirilib. Keçirilən toy mərasimində Nazirlər Kabineti Yanında Operativ Qərargahın bütün qərar və qanunları kobud şəkildə pozulub.

Məsələ ilə bağlı açıqlama verən DİN-nin mətbuat xidmətinin rəisi , polis polkovniki Ehsan Zahidov bu barədə araşdırma aparıldığını bildirib: “Yayılan görüntülər nəzarətə götürülüb. Hazırda fatla bağlı araşdırma aparılır, əgər adıçəkilən retoranda qanunsuz toy mərasiminin keçirilməsi faktı təsdiqini tapacaqsa, bununla bağlı ciddi tədbirlər görüləcək.”