- Qanundan kənarda
- 21 İyun 2021 12:46
- 5 147
Maşın vuran 4 yaşlı uşaq ölüb
Cəlilabad RPŞ tərəfindən araşdırma aparılır
Cəlilabad rayonunda avtomobil vuran 4 yaşlı uşaq vəfat edib.
AzNews.az DİN-ə istinadən xəbər verir ki, iyunun 19-da saat 18 radələrində rayonun Alqasımlı kəndi ərazisində Üçtəpə kənd sakini İ.İsayev idarə etdiyi “Mercedes” markalı avtomobillə yola çıxmış kənd sakini, 4 yaşlı uşağı vurub.
Nəticədə uşaq aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Cəlilabad RPŞ tərəfindən araşdırma aparılır.