Hazırda onun ifadəsi alınır Hazırda onun ifadəsi alınır

Lənkəranda əmisi oğlunu və bibisi nəvəsini güllələyərək öldürən şəxs saxlanılıb - YENİLƏNİB-1 - VİDEO

Hazırda onun ifadəsi alınır

Lənkəranda odlu silahla əmisi oğlunu və bibisi nəvəsini güllələyərək öldürən şəxs saxlanılıb.

Aznews.az xəbər verir ki, axtarılan və qətlləri törədən Seymur Şiriyev əlində ov tüfəngi ilə birgə polis əməkdaşları tərəfindən saxlanılıb.

Hazırda onun ifadəsi alınır.

***

Saat 00:54

Lənkəranda baş verən hadisədə ölənlərin kimliyi məlum olub.

Hadisəni törədən şəxsin əmisi oğlu 1987-ci il təvəllüdlü Elmar Sərdar oğlu Fərəcov və bibisi nəvəsi 1992-ci il təvəllüdlü Alim Müqabil oğlu Mirzəyevdir.

Qətlin hansı səbəbdən törətdiyi hələlik bilinməyən 1982-ci il təvəllüdlü Seymur Sərraf oğlu Şiriyev polis əməkdaşları tərəfindən axtarılır.

Hadisənin meşəlik ərazidə baş verdiyi bildirilib. Hadisə lüləsi kəsilmiş ov tüfəngi ilə törədilib.

***

23 iyun, saat 23:22

Lənkəranda 2 nəfərin ölümü ilə nəticələnən qətl hadisəsi baş verib.

Hadisə rayonun Havzava kəndində baş verib. Seymur Sərraf oğlu Şirinov ov tüfəngi ilə əvvəl əmisi oğlunu, sonra isə bibisi nəvəsini qətlə yetirib.

Faktla bağlı araşdırma aparılır.