Faktla bağlı Xaçmaz RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb Faktla bağlı Xaçmaz RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb

Həyətində çətənə kolu yetişdirən şəxs saxlanıldı

Faktla bağlı Xaçmaz RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini Fuad Məmmədov saxlanılıb.

Bu barədə AzNews.az-a DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Polis əməkdaşları tərəfindən onun yaşadığı binanın qarşısında yerləşən əraziyə keçirilən baxış zamanı oradan xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 24 ədəd çətənə kolu aşkarlanaraq götürülüb.

Faktla bağlı Xaçmaz RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar aparılır.