- Qanundan kənarda
- 13 İyul 2021 15:20
- 5 923
Ata Abdullayevin həbs müddəti uzadılıb
O bu il martın 14-də saxlanılıb
Ata Abdullayev barəsində həbs qətimkan tədbiri uzadılıb.
AzNews.az-ın məlumatına görə, məhkəmə istintaq orqanının təqdimatı ilə Səbail Rayon Məhkəməsində həbs müddətinin uzadılması ilə bağlı təqdimata baxılıb.
Məhkəmənin qərarı ilə A.Abdullayev barəsində həbs qətimkan tədbirinin müddəti daha 3 ay uzadılıb.
Qeyd edək ki, bu il martın 14-də A.Abdullayev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları saxlanılıb və barəsində Səbail rayon Məhkəməsi tərəfindən 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi.