Həyat yoldaşını bıçaqlayıb, qayınanasını öldürən SAXLANILDI

Yenə ailə münaqişəsi...

Şəmkir rayonunun Şiştəpə kənd sakini 1976-cı il təvəllüdlü İntizam Hüseynov ailə münaqişəsi zamanı həyat yoldaşını bıcaqlayaraq, qayınanasını öldürəndən sonra hadisə yerindən yayınıb.

Aznews.az xəbər verir ki , İ.Hüseynov Şəmkir Rayon Polis şöbəsinin və Prokrorluq əməkdaşlarının keçirdikləri birgə əməliyyat zamanı saxlanılıb.

***

21:02

Şəmkirdə qətl hadisəsi baş verib.

Hadisə rayonun Şiştəpə kəndində qeydə alınıb.

Kənd sakini, 1976-cı il təvəllüdlü İntizam Hüseynov ailə münaqişəsi zamanı həyat yoldaşı, 1990-cı il təvəllüdlü Mahizə Hüseynovanı və qaynanası, 1963-cü il təvəllüdlü Sədaqət İbadullayevanı bıçaqlayıb.

Nəticədə qayınanası xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib, həyat yoldaşı isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə hüquq mühafizə orqanların əməkdaşları cəlb olunub.
Qeyd edək ki, M.Hüseynova İ.Hüseynovun ikinci həyat yoldaşıdır.
Faktla bağlı araşdırma aparılır.