DİN məlumat yayıb DİN məlumat yayıb

İmişlidə brakonyerliyə qarşı reyd keçirilib

DİN məlumat yayıb

İmişli Rayon Polis Şöbəsinin əməkdaşlarının və Azərbaycan Balıqçılar İttifaqının nümayəndələrinin iştirakı ilə Araz çayının rayon ərazisindən keçən hissələrində, eləcə də bir neçə su kanallarında qanunsuz balıq ovuna qarşı reyd keçirilib.

AzNews.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, reyd zamanı su hövzələri boyunca quraşdırılan qanunsuz sintetik torlar, balıqların ovlanması üçün istifadə olunan müxtəlif növ ləvazimatlar polis əməkdaşları tərəfindən sudan çıxarılıb.

Bundan əlavə, brakonyerlərin istifadə etdiyi taxta qayıqlar, rezin təkərlər, kanalların bir neçə hissəsində balıq ovu üçün istifadə olunan qurğular da aşkarlanaraq sudan götürülüb.

İstifadəsi qanunla qadağan edilmiş vasitələrin hamısı həmin ərazidə yandırılaraq məhv edilib. Torlarda aşkarlanan diri balıqlar isə yenidən suya buraxılıb.

Bu istiqamətdə tədbirlər RPŞ-nin əməkdaşları tərəfindən davam etdirilir.

image description image description image description