Polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri keçirilir Polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri keçirilir

Balakəndə 28 yaşlı şəxsin qulağı kəsilib

Polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri keçirilir

Balakən rayonunda 28 yaşlı şəxsin qulağı kəsilib.

Hadisə ötən gecə rayon ərazisində qeydə alınıb.

Belə ki, Balakən şəhər sakini, 1994-cü il təvəllüdlü Samiddin Quliyev naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb. Daha sonra o, belin kəsilmiş-deşilmiş və qulağın kəsilmiş yaraları xəsarətləri ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisəni törədən şəxs və yaxud şəxslərin müəyyən olunaraq saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri keçirilir.