Bununla bağlı müvafiq polis orqanında araşdırma başlanılıb Bununla bağlı müvafiq polis orqanında araşdırma başlanılıb

DİN Bakıda həkimin övladının və anasının döyülməsinə münasibət bildirib

Bununla bağlı müvafiq polis orqanında araşdırma başlanılıb

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkə səhifələrində həkim Esmira Qurbanovanın 5 naməlum qadın tərəfindən övladının, anasının və anasının rəfiqəsinin döyülməsi iddialarına münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, hadisə avqustun 1-də Dənizkənarı Milli Park ərazisində baş verib.

"Belə ki, vətəndaş E.Babayevanın anası İ.Babayeva və anasının rəfiqəsi A.Nəsirovanın tanımadıqları 3 qadınla aralarında münaqişə yaşanıb. Bununla bağlı müvafiq polis orqanında araşdırma başlanılıb. Tərəflərin xəsarətlərinin müəyyən edilməsi üçün ekspertiza təyin olunub. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək", - DİN rəsmisi vurğulayıb.