Hərbçi yoldaşını öldürməkdə şübhəli bilinən şəxs tutulub

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə...

Hərbçi yoldaşını güllələyərək qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub.

Aznews.az xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Mirzoev Elmar Elçhin oğlunun odlu silahdan açılan atəş nəticəsində aldığı güllə yarasından vəfat etməsi faktı ilə bağlı Ağdam hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi başlanıb.

İstintaqla cinayətin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Rzayev Bəhruz Sübhan oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən olunub.

Bəhruz Rzayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.