Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən şəxsə hökm oxunub

Hədə-qorxu ilə tələb etmədə ittiham edilən Pərvin Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Aznews.az xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Elşən Vəliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən şəxs 7 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bu ilin iyun ayında Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Pərvin Əsgərovu 7 il 6 ay müddətə azadlıqdan məhrum edilib. Gəncə Apellyasiya Məhkəməsi hökmün ləğv edilməsi və cinayət işinin birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edib.

Təqsirləndirilən Pərvin Əsgərova qarşı 182.2.1-ci (Hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

O, kriminal aləmdə "Yetim Sabir" kimi tanınan şəxsin qardaşıdır