- Qanundan kənarda
- 16:43
- 1 604
Nərimanovda restoranın qarşısında kütləvi dava - VİDEO
Paytaxtın Nərimanov rayonunda yerləşən restoranlardan birinin qarşısında kütləvi dava düşüb.
AzNews.az Milli.az-a istinadən xəbər verir ki, hadisə “Tempo Baku” restoranının qarşısında baş verib.
Belə ki, bir qrup sərxoş şəxs arasında mübahisə olub və daha sonra davaya çevrilib. Tərəflər bir-birilərinə xəsarətlər yetiriblər.
Nərimanov rayonu ərazisində sərxoş halda ictimai asayişi pozan şəxslərin kimliyi polis əməkdaşları tərəfindən müəyyən olunub. Hazırda faktla bağlı zəruri prosessual araşdırmalar davam etdirilir.