Bu həcmdə məhsulun dəyəri 5 678,799 mln. ABŞ dolları təşkil edib Bu həcmdə məhsulun dəyəri 5 678,799 mln. ABŞ dolları təşkil edib

Azərbaycan xam neft ixracını 29% artırıb

Bu həcmdə məhsulun dəyəri 5 678,799 mln. ABŞ dolları təşkil edib

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycan 12 061,695 min ton həcmində xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları ixrac edib.

Dövlət Gömrük Komitəsinin verdiyi xəbərə görə, bu həcmdə məhsulun dəyəri 5 678,799 mln. ABŞ dolları təşkil edib.

Hesabat dövründə ixrac olunan xam neft və bitumlu minerallardan alınan xam neft məhsullarının həcmi ötən ilin müvafiq dövründən 29%, dəyəri isə 22,6% çox olub.

Bu ilin dörd ayında xam neft və bitumlu minerallardan alınan xam neft məhsullarının Azərbaycanın ümumi ixracında payı 80,10% təşkil edib.

AzNews.az