Azərbaycanda daha bir BOKT yaradıldı

Yeni kredit təşkilatının qanuni təmsilçisi isə Mədəd Nadir oğlu Rüstəmovdur

Vergilər Nazirliyi "MJ Financial Services" MMC bank olmayan kredit təşkilatını (BOKT) dövlət qeydiyyatına alıb.

Yeni kredit təşkilatının hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, məhəllə 1 963, nizamnamə kapitalı BOKT-lar üçün müəyyən edilmiş minimum tələbdən cəmi 10 manat çox - 300 010 manat, qanuni təmsilçisi isə Mədəd Nadir oğlu Rüstəmovdur.

Xatırladaq ki, adı çəkilən ünvanda həm də bu ilin mart ayında "MJ Lizinq" MMC qeydiyyatdan keçib. Ünvan amili, eləcə də iki maliyyə qurumunun adındakı oxşarlıq onların sahiblərinin eyni şəxs və yaxud şəxslər olmasından xəbər verir.(report.az)

AzNews.az