- Pullu iş
- 22 Avqust 2019 22:24
- 2 665
Azərbaycan və Rusiya arasında dəmir yolu ilə sərnişindaşıma artıb
Cari ilin altı ayı ərzində (Yanvar-iyul aylarında) Azərbaycan və Rusiya arasında dəmir yolları üzrə sərnişin daşınmasında artım qeydə alınıb
Bu barədə "Rusiya Dəmir Yolları" ASC-nin törəmə şirkəti olan Federal Sərnişin Şirkəti (FSŞ) məlumat yayıb.
Bildirilir ki, 2019-cu ilin I rübündə FSŞ qatarları ilə iki ölkə arasında sərnişin daşınmasında 1,3 faiz artım qeydə alınıb.
Bu göstərici Rusiya və Tacikistan arasında 3,4 faiz, Rusiya və Qazaxıstan arasında isə 3,2 faiz təşkil edib. (Report)