Birgə Monitorinq Komitəsi dekabr ayınadək bazardakı vəziyyətlə bağlı ayda bir dəfə görüşəcək Birgə Monitorinq Komitəsi dekabr ayınadək bazardakı vəziyyətlə bağlı ayda bir dəfə görüşəcək

İraq və Nigeriya sentyabradək hasilatı əlavə azalda bilər

Birgə Monitorinq Komitəsi dekabr ayınadək bazardakı vəziyyətlə bağlı ayda bir dəfə görüşəcək

OPEC+ sazişi çərçivəsində hasilatın azaldılması ilə bağlı may-iyun aylarındakı öhdəliyi yerinə yetirməyən İraq və Nigeriya azalmanı iyul-avqust aylarında əlavə kəsinti ilə kompensasiya edəcəklər.

AzNews.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə OPEC ölkələri nazirlərinin görüşündəki ilkin bəyannamədə qeyd edilib.

OPEC ölkələri azalmanın hazırkı səviyyəsini (9,7 mln. barel/gün) sentyabra qədər uzatmağı müzakirə edirlər.

İclasın açılışında OPEC-in prezidenti, Əlcəzairin Energetika naziri Məhəmməd Arkab bildirib ki, indiyədək əldə olunan irəliləyişə baxmayaraq, nəticələrə arxanala bilmərik.

İlkin bəyannaməyə əsasən, Birgə Monitorinq Komitəsi dekabr ayınadək bazardakı vəziyyətlə bağlı ayda bir dəfə görüşəcək.

OPEC-dəki iki mənbə bildirib ki, artıq azalmanın hazırkı səviyyəsinin bir ay da uzadılması barədə razılaşdırılıb