Mərkəzi Bankın valyuta ehtiyatları 111,4 milyon dollar (1,8 faiz) artıb Mərkəzi Bankın valyuta ehtiyatları 111,4 milyon dollar (1,8 faiz) artıb

Azərbaycanın strateji valyuta ehtiyatları 50 milyard dollara çatır

Mərkəzi Bankın valyuta ehtiyatları 111,4 milyon dollar (1,8 faiz) artıb

2020-ci ildə Azərbaycanın strateji valyuta ehtiyatları 49,93 milyard dollar təşkil edib.

AzNews.az xəbər verir ki, Trend bu barədə Dövlət Neft Fondu (SOFAZ) və Mərkəzi Bankın maliyyə hesabatlarına istinadən məlumat verib.

2019-cu illə müqayisədə strateji valyuta ehtiyatları 352,4 milyon dollar və ya 0,7 faiz artıb.

Qeyd olunur ki, strateji valyuta ehtiyatlarının strukturunda 43,56 milyard dollar və ya 87,2 faiz SOFAZ-ın, 6,37 milyard dollar və ya 12,75 faiz Mərkəzi Bankın payına düşür.

2020-ci il ərzində SOFAZ-ın valyuta ehtiyatları 241 milyon (0,6 faiz), Mərkəzi Bankın valyuta ehtiyatları 111,4 milyon dollar (1,8 faiz) artıb.