Hazırda Azərbaycan və İran işçi qrupları iki ölkə arasında preferensial ticarət sənədinin üzərində işləyirlər Hazırda Azərbaycan və İran işçi qrupları iki ölkə arasında preferensial ticarət sənədinin üzərində işləyirlər

Azərbaycan və İran arasında ticarət dövriyyəsi artıb – Şahin Mustafayev

Hazırda Azərbaycan və İran işçi qrupları iki ölkə arasında preferensial ticarət sənədinin üzərində işləyirlər

Azərbaycan və İran arasında bu il 9 ay ərzində ticarət dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə 22% artıb.

Aznews.az xəbər verir ki , bunu Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev bu gün Tehranda İranın yol və şəhərsalma naziri Rüstəm Qasemi ilə görüşdə deyib.

Ş.Mustafayevin sözlərinə görə, ticarət dövriyyəsi ötən 2 ildə koronavirus pandemiyası ölkələrin iqtisadiyyatına müəyyən mənfi təsirlər göstərməsinə baxmayaraq artıb. İran və Azərbaycan arasında nəqliyyat bir gün belə, dayanmayıb. Biz yeni nəqliyyat infrastrukturları, o cümlədən körpülər inşa etməliyik ki, iki ölkənin iqtisadi münasibətləri artsın.

Baş nazirin müavini əlavə edib ki, hazırda Azərbaycan və İran işçi qrupları iki ölkə arasında preferensial ticarət sənədinin üzərində işləyirlər:

"Azərbaycan İranla ticarət münasibətlərinin inkişafı barədə müzakirələr aparılır. Enerji, elektrik sahəsində birgə layihələr var və artıq yekunlaşmaqdadır. Avtomobil ehtiyat hissələrinin istehsalı sahəsində İranla əməkdaşlıq etmək olar. Kənd təsərrüfatı texnikaları sahəsində də İranla yaxşı əməkdaşlıqlar edə bilərik".