ABŞ-da inflyasiya səviyyəsi haqqında statistik göstəricilər birjalara güclü təsir göstərir ABŞ-da inflyasiya səviyyəsi haqqında statistik göstəricilər birjalara güclü təsir göstərir

Neft bahalaşır

ABŞ-da inflyasiya səviyyəsi haqqında statistik göstəricilər birjalara güclü təsir göstərir

ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) uçot dərəcəsi ilə bağlı siyasəti ətrafında perspektivlərin qiymətləndirildiyi bir zamanda dünya bazarlarında neftin qiyməti 1%-ə qədər artıb.

“Brent” markalı neftin sentyabr fyuçersləri 1,01% bahalaşaraq 100,1 ABŞ dollarına satılıb. WTI neftinin avqust fyuçerslərinin qiyməti isə 0,67% artaraq 1 bareli 96,42 ABŞ dolları təşkil edib.

ABŞ-da inflyasiya səviyyəsi haqqında statistik göstəricilər birjalara güclü təsir göstərir. Belə ki, iyun ayının yekunlarına görə ABŞ-da illik inflyasiya 9,1% təşkil edib, bu isə 1981-ci ilin noyabr ayından sonra ən yüksək göstərici hesab olunur. Bu göstəricilər FED-in uçot dərəcəsini 100 baza bəndi səviyyəsində artıracağı ilə bağlı proqnozları dəstəkləyir.