- Üçüncü sektor
- 5 Noyabr 2018 18:05
- 2 988
Ahmet Kural danışdı: “Hamısından şikayət edəcəm”

Ahmet Kural hakimə ifadə verəndən sonra mətbuata açıqlama verib.
AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor Ahmet Kural jurnalistlərə verdiyi açıqlamada “əsassız böhtan atanlara, haqsız olmağın haqsızlığa uğramaqdan daha ağır olduğunu deyirəm”, - deyib.
Aktyorun vəkili isə baş verənlərin cəmiyyətə bildirilməyəcəyini və sadəcə, məhkəmə qarşısında ifadə verəcəklərini deyib:
“Cəmiyyət tək tərəfli məlumatlandırılıb. Ədalətli mühakimə və müdafiə haqqına hamı hörmət etməlidir”.
Ahmet Kuralın insan haqlarına zərər verən adamları məhkəməyə verəcəyini də bildirən Aydın, “Xüsusilə, Sıla xanımın vəkilindən şikayət edəcəm. Ahmet Kuralın haqlarına zərər verən hər hansı iddia səbəbilə bütün qurumlar haqqında hüquqi işlər başladılacaq”.
Ahmet Kural isə ədalətə güvəndiyini bildirib:
“Bu, mənim üçün yeni başlanğıcdır. Belə bir mövzuda adımın hallandığı üçün hamıdan üzr istəyirəm. Yaşananlar haqqında əsassız böhtan atanlara da demək istəyirəm ki, haqsız olmaq haqsızlığa uğramaqdan daha ağırdır”.
Ahmet Kural məhkəmədən ayrılarkən bir qrup qadın tərəfindən qınanılıb.
Pərvanə AĞAZADƏ
AzNews.az