- Üçüncü sektor
- 7 Noyabr 2018 16:52
- 2 360
“Bacıma demədiyim sözü ona demişəm” - Nahidə Orucova ittihama cavab verdi

“Nuriyyə illər boyu mənim evimdə qalıb”.
AzNews.az-a xəbər verir ki, bunu “Səhər-Səhər” verlişində əməkdar artist Nahidə Orucova mərhum xalq artisti Nuriyyə Əhmədovanın bacısı Sevil Mikayılovanın ona ünvanladığı ittihamlara cavab verərkən deyib:
“Nuriyyə elə bir insandır ki, onun pis sözünü də adam danışmaz. Mən deməmişəm ki, Nuriyyə xanıma ev vermişəm. Sadəcə, Nuriyyə xanım mənim yanımda qalanda sakit olurdu. O, illər boyu mənim evimdə qalıb. Mən hansı kanalda o sözü demişəm? Gəlin üzbəüz danışaq. Yekə arvadsınız, neçə yaşınız var? Özümə alçaqlıq sayaram ki, özümdən böyüyə cavab verəm. Mənim tərbiyəm ona yol vermir. Nuriyyə mənə arxa-dayaq, ana olub. Bacıma demədiyim sözü ona demişəm. Həmişə demişəm, Nuriyyə mənim yanımda qalıb. Deyir borcu vardı. Mən o borcu sizdən istəmədim, özüm həll etdim”.
Bahar RÜSTƏMLİ
AzNews.az