"Bu iş artıq qan davasına çevrildi..." "Bu iş artıq qan davasına çevrildi..."

“Məni və uşaqlarımı öldürməsindən qorxuram...” – Gülben Ergen

"Bu iş artıq qan davasına çevrildi..."

Türkiyəli müğənni Gülben Ergen özünü və uşaqlarını ölümlə təhdid etdiyi iddiası ilə Yeşim Salkımdan polisə şikayət edib.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Gülben Ergen dekabr ayında təşkil olunan mükafatlandırma mərasimində 38 məktəb açdığı və yüzlərlə şagirdi təhsilə cəlb etdiyi üçün mükafata layiq görülüb. Bunun ardından Yeşim Salkım həmin mərasimi təşkil edən Sinan Güzele bu mesajı yollayıb:

“Mən Hakan Uzanın keçmiş həyat yoldaşıyam, bu işlərin necə getdiyini yaxşı bilirəm. O mükafat mənim haqqım idi. O, əxlaqsız qadını dəvət edib ona mükafat verərək mənim haqqımı yediniz. Bu iş artıq qan davasına çevrildi. Məni dəvət etmədiniz. Gülben Ergeni bitirəcəm. Mənim o qadını yox etməyimə əngəl ola bilməyəcəksiniz”.

Sinan Güzel həmin mesajı Gülben Ergene yollayaraq ehtiyatlı olmasını deyib. Bunun ardından Ergen polisə müraciət edərək Yeşim Salkımı şikayıt edib.

Gülben Ergen Yeşim Salkımın mesajlarını sübut olaraq polisə verib. Salkım haqqında araşdırma başladılıb.

Nigar CƏFƏR
AzNews.az