“Əvvəllər daha gözəl idin, kaş ki, təbii qalsaydın” yazmayın. “Əvvəllər daha gözəl idin, kaş ki, təbii qalsaydın” yazmayın.

Aktrisanı estetik əməliyyat tamamən dəyişdi - FOTO

“Əvvəllər daha gözəl idin, kaş ki, təbii qalsaydın” yazmayın.

Türkiyənin ATV telekanalında yayımlanan "Adanalı" serialında cənlandırdığı Pınar obrazı ilə milyonların sevgisini qazanan məşhur aktrisa Tuğçe Özbudak keçirdiyi estetik əməliyyatların ardından tamamən dəyişib.

AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, yeni imicinə görə gələn rəylərdən sıxılan Tuğçe Özbudak bir açıqlamasında belə deyib:

“Əvvəllər daha gözəl idin, kaş ki, təbii qalsaydın” yazmayın, xahiş edirəm. Çünki illərdir ən çox eşitdiyim və doyduğum sözdür”.

Aktrisalıq və aparıcılıq edən Özbudakın yeni işi də hadisəyə çevrilmişdi. Ekranların sevilən aktrisası olarkən bir anda böyük bir dəyişikliyə imza atan Tuğçe Özbudak “İşte benim stilim”ə qoşulduqdan sonra dostları ilə birlikdə Caddebostanda bir butik açmışdı.

“İnstagram” hesabını aktiv olaraq istifadə edən və tez-tez paylaşım edən Özbudağın 216 min izləyicisi var. Dünyanın bir çox ölkəsini gəzən 36 yaşlı aktrisa Ankarada doğulub, Bilkent Universitetindən məzun olub.

Səidə Nurməmmədli

AzNews.az

image description image description image description image description