Demet Akalın və Okan Kurt ayrılıb?

Türkiyəli məşhur müğənni Demet Akalın və keçmiş əri Okan Kurt cəbhəsində yenilik var.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, keçən il qalmaqallı bir şəkildə boşanıb daha sonra barışan cütlüyün ayrılıq iddaları ortaya atılıb. Buna səbəb isə onların İnstagramda bir-birlərini izləmədən çıxarmağı olub.

Demet Akalın Kanal D-də yayımlanan “2.Sayfa” verilişinə zəng edərək hadisələrə aydınlıq gətirib.

O, “Biz onsuz da bir-birimizi izləmirik. Ayrılmadıq, Allah qorusun. Axşam Dubaya istirahətə gedirik. Okan mənim paylaşdığım şəkillərə çox qarışır deyə, çoxdan bir-birimizi izləməmək qərarı almışıq” deyib.

Nigar CƏFƏR

AzNews.az