"Təpik atıb, ayaq oynatmaq..." "Təpik atıb, ayaq oynatmaq..."

Flora Kərimova Afət Fərmanqızına əsəbiləşdi: "Ağlınızı başınıza yığın!"

"Təpik atıb, ayaq oynatmaq..."

Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızına əsəbiləşib.

AzNews.az xəbər verir ki, sənətçi sosial şəbəkədə həmkarına "ağlını başına yığmağı" tövsiyə edib:

“Bir klassiki təhqir etmək, onun dahiliyini aşağılamaq hələ heç kimə nüfuz gətirməyib. Qızım, əgər azərbaycanlılığınızdan çıxmamısınızsa, ağlınızı başınıza yığın. Reytinq, qazanc, toy xatirinə sənət, milli-mənəvi dəyəri bu qədər heç sayıb, millətimin zövqünə, fikir, fəlsəfə tarixinə, onun əsrlərdir qoruduğu poeziyasına, ədəbiyyatına, musiqisinə xələl gətirmək, təpik atıb, ayaq oynatmaq, hörmətsizlik etmək olmaz. Buna heç kimin ixtiyarı yoxdur”.

Qeyd edək ki, müğənni Afət Fərmanqızı dahi İmadəddin Nəsiminin qəzəlindən hazırladığı “Pencu-şeş” adlı mahnı ifa edib. O, həmin mahnını “YouTube” kanalında yerləşdirib.

Bahar RÜSTƏMLİ
AzNews.az