Araşdırmanın ilkin rəyinə görə Rəşad İlyasov günahkar deyil Araşdırmanın ilkin rəyinə görə Rəşad İlyasov günahkar deyil

Rəşad İlyasov AzTV-dən çıxarılıb? - Rəsmi açıqlama

Araşdırmanın ilkin rəyinə görə Rəşad İlyasov günahkar deyil

Əməkdar artist Rəşad İlyasovun Azərbaycan Dövlət Televiziyasının (AzTV) solistliyindən çıxarılması haqda məlumat yayılıb. Buna səbəb ifaçının Rüfət Axundovla birlikdə “Space” kanalında səsləndirdiyi mahnıda qeyri-etik sözləri təkrar etməsi olub.

AzTV-nin “İctimai-siyasi proqramlar” redaksiyasının baş redaktoru Sərvər Bayramovun AzNews.az-a açıqlamasında yayılan məlumatın əssasız olduğunu deyib:

“Bu məsələ haqda Milli Televiziya və Radio Şurası araşdırma aparır. Araşdırmanın ilkin rəyinə görə Rəşad İlyasov günahkar deyil. AzTV-yə onun günahkar olması haqda faktlar gəlməyib. O məsələyə adı hallanan ifaçı Rüfət Axundov cavabdehdir. Onun da kanalımıza aidiyyatı yoxdur”.

Rəqsanə

AzNews.az