Allah səni başımdan əksik etməsin Allah səni başımdan əksik etməsin

Yaxşı ki, mənim qızım olmusan - Mehmet Ali Erbil

Allah səni başımdan əksik etməsin

Mehmet Ali Erbil qızı Sezin Erbilin ad gününü sosial media hesabından paylaşdığı video ilə təbrik edib.

AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, uzun müddət xəstəxanada müalicə alan Mehmet Ali Erbil paylaşdığı videoda qızına belə səslənib:

"Sezinim, ilk göz ağrım, çətin günlərimin ən böyük dəstəkçisi, canım qızım. Yeni yaşın sənə sənin kimi sonsuz gözəlliklər gətirsin. Yaxşı ki, doğulmusan, yaxşı ki, mənim qızım olmusan. Səni çox sevirəm”.

Atası Mehmet Ali Erbilin ad günü paylaşımına Sezin Erbil bu sözlərlə təşəkkür edib:

"Canım atam, təşəkkür edirəm. Allah səni başımdan əksik etməsin".

Səidə Vahid

AzNews.az

image description image description