"Müğənniciklərdir onlar hamısı" "Müğənniciklərdir onlar hamısı"

Günah müğənnilərdədir, böyük danışırdılar, indi cavab versinlər - Rövşanədən sərt sözlər

"Müğənniciklərdir onlar hamısı"

Aparıcı Rövşanə Ağasəfqızı müğənnilərin tənqidlərə məruz qalmasına münasibət bildirib.

AzNews.az-ın məlumatına görə, "Səhər-səhər" verilişinə qonaq olan aparıcı sənət adamlarını tənqid edib.

Proqramda sosial şəbəkədə ifaçıların çox tənqid edilməsi mövzusu müzakirə olunub. Rövşanə isə bu şəraiti ifaçıların özlərinin yaratdığını bildirib:

"Bütün günah müğənnilərin özündədir. Zamanında özlərini elə tanıtdılar ki... Qadağalar götürüldü, müğənnilər efirlərə axışdı. İnstagram, digər sosial şəbəkələrə başladılar. Başladılar böyük-böyük danışmağa. Elə bildilər ki, elə hər gün toya gedəcəklər, insanlar 8-10 müğənnini birdən məclisə dəvət edəcək. Bunlara 20-15 min verəcəklər. Belə-belə xalqın içində onlara qarşı kin yarandı.

Müğənni çıxıb sevgilisindən, villasından danışdı. "Savadım yoxdur, əcəb edirəm, villam, maşınım belədir, heç oxumuram" dedi. Biri çıxıb deyir, tanışımdan uşaq dünyaya gətirmişəm, əcəb etmişəm. O birisi çıxıb başqa söz deyir. Böyük-böyük danışa-danışa qaldılar gündəmdə, aktyorlar, rejissorlar qaldı ikinci planda. Nə oldu, içindən müğənni çıxır.

İnsanları hədələyirlər, kim qabağımda durarsa, onu belə edərəm, deyirlər. Hüquq mühafizə orqanları qalır kənarda, müğənnilər çıxıb deyir araşdıracam, dərsini verəcəm. İndi gedin cavab verin. Müğənniciklərdir onlar hamısı".

Aynur

AzNews.az