Aleynaya Aleynadan çox bənzəyirsən Aleynaya Aleynadan çox bənzəyirsən

Sosial media bu fotodan danışır

Aleynaya Aleynadan çox bənzəyirsən

Gənc türk müğənnisi Aleyna Tilkiyə olan bənzərliyi ilə təəccübləndirən Tuana Bayrak qəribə bir hadisəni sosial media hesabında paylaşıb.

AzNews.az Tükiyə KİV-nə istinadən xəbər verir ki, Tuana Bayrakın iddiasına görə Bayrakı Aleyna Tilki zənn edən kiçik bir qız foto çəkdirmək istəyib.

Aleyna Tilkinin fanatını qırmayıb poz verən Tuana Bayrak o fotonu “Az əvvəl bir qız mənimlə şəkil çəkdirdi, Aleyna Tilki olduğumu düşünərək… Mən də Aleyna pozu verdim, daha inandırıcı olsun deyə” başlığı ilə səhifəsində paylaşıb.

Məşhur müğənniyə olan bənzərliyi ilə təəccübləndirən Tuana Bayrakın paylaşımı qısa zamanda böyük marağa səbəb olub. Bir çoxları fotoya “Aleynaya Aleynadan çox bənzəyirsən” yazıb.

Səidə Vahid

AzNews.az

image description