Buna səbəb Nusretin keçmiş işçisini hədələməsi olub Buna səbəb Nusretin keçmiş işçisini hədələməsi olub

Nusret məhkəməni uduzdu - 8 min 700 lirə ödəyəcək

Buna səbəb Nusretin keçmiş işçisini hədələməsi olub

Türkiyəli məşhur iş adamı, Nusr-Et restoranları şəbəkəsinin sahibi Nusret Gökçe məhkəmədə uduzub.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Nusreti keçmiş işçisi Ali İhsan Kandil məhkəməyə verib. Buna səbəb isə Nusretin keçmiş işçisini hədələməsi olub.

Məhkəmə Nusretin 8 min 700 lirə təzminat ödəməsinə qərar verib.

Qeyd edək ki, bu dava Nusret Gökçe ilə Ali İhsan Kandil arasında ilk dava sayılmır. Belə ki, Ali restoranda çalışan zaman müdiri tərəfindən təhqir edilibmiş. O isə qarşı tərəfi məhkəməyə verib və 35 min lirə təzminat alıb.

Nigar CƏFƏR

AzNews.az