Allah qəlbləri görəndir, qəlbləri biləndir Allah qəlbləri görəndir, qəlbləri biləndir

Azərbaycanlı aparıcı Naz Milanı görün necə müdafiə etdi - VİDEO

Allah qəlbləri görəndir, qəlbləri biləndir

Azərbaycanlı aparıcı Türkan Heydərova ötən gün ailə həyatı quran azərbaycanlı model Naz Milanın müdafiəsinə qalxıb.

AzNews.az xəbər verir ki, Türkan onu ailə qurduğuna görə ələ salan və təhqir edən insanlara səslənib:

"Bu qədərmi qəlbi qara, bu qədərmi pis insanlarsınız ki, kiminsə xoş gününə sevinə bilmirsiniz? Allah xoşbəxt etsin, deyib sadəcə öz işinizlə məşğul ola bilərsiniz. Allah qəlbləri görəndir, qəlbləri biləndir. Demək ki, Nazın qəlbi gözəldir ki, Allah ona xoş gün qismət edib".

Qeyd edək ki, Naz Mila Türkiyədə qatıldığı evlilik verilişindən sonra məşhurlaşıb.

Aynur

AzNews.az