Məsud Özil həftəlik 350 min sterlinq gəlir əldə edir Məsud Özil həftəlik 350 min sterlinq gəlir əldə edir

Məsudla Əminə biznesə başladı

Məsud Özil həftəlik 350 min sterlinq gəlir əldə edir

“Arsenal”ın türkiyəli futbolçusu Məsud Özil ilə xanımı, “Türkiyə gözəli” Əminə Gülşə biznesə başlayıb.

“Posta” nəşrinin verdiyi xəbərə görə, cütlük 7 iyunda baş tutan möhtəşəm toylarından öncə Böyük Britaniyanın “Citizen Cosmetick Limited” kosmetika firması ilə müqavilə imzalayıb.

Bundan əlavə, daha öncə qəhvə markası çıxaran və öz adına uyğun adlandırdığı “M10” loqolu geyim firması quran Özil həyat yoldaşını da ticarətə qoşub. Belə ki, cütlük markanı inkişaf etdirmək üçün məşhur modelyerlərlə əməkdaşlıq etməyə başlayıb.

Onlar həmçinin, musiqi, reklam və film istehsalı kimi sahələrdə də özlərini sınayacaq. Əldə ediləcək gəlir cütlüyün ortaq hesabına yatırılacaq ki, bu pulun müəyyən hissəsi də yardım fondlarına köçürüləcək.

Qeyd edək ki, 6 il öncə 47 milyon avroya “Real Madrid”dən “Arsenal”a transfer olunan Məsud Özil həftəlik 350 min sterlinq gəlir əldə edir.(qafqazinfo.az)

AzNews.az