Sənətçi Madriddəki xəstəxanada ürəktutmasından dünyasını dəyişib Sənətçi Madriddəki xəstəxanada ürəktutmasından dünyasını dəyişib

İspaniyanın tanınmış müğənnisi vəfat etdi

Sənətçi Madriddəki xəstəxanada ürəktutmasından dünyasını dəyişib

70 milyondan çox albomu satılan İspaniyanın dünyaca məşhur müğənnisi Kamilo Sesto 72 yaşında dünyasını dəyişib.

Xarici KİV-lərə istinadla xəbər verilir ki, bu barədə sənətçinin sosial media hesabında açıqlama verilib. Yerli “TVE” televiziyasının məlumatına görə, sənətçi Madriddəki xəstəxanada ürəktutmasından vəfat edib.

Qeyd edək ki, 1960-cı ildən tanınmağa başlayan Kamilo Sesto 1971-ci ildə işıq üzü görən ilk albomu ilə məşhurlaşıb. Sesto ingilis, alman, yapon və digər dillərdə də mahnı ifa edib.