Ev 2 sot torpaq sahəsində tikilib Ev 2 sot torpaq sahəsində tikilib

Elariz evini satışa çıxardı - 25 min manat qiymət qoydu

Ev 2 sot torpaq sahəsində tikilib

Amerkada yaşayan azərbaycanlı müğənni Elariz Məmmədoğlu Bakıdakı evi ilə bağlı elan yerləşdirib.

AzNews.az xəbər verir ki, sənətçi Binə qəsəbəsində olan üçotaqlı mənzilini satışa çıxarıb.

O, bununla bağlı sosial şəbəkədə elan verib. Elariz Məmmədoğlu 2 sot torpaq sahəsində tikilən 3 otaqlı evinin 25 min manat dəyərində olduğunu deyib.

Müğənni qiymətdə aşağı enə biləcəyini də vurğulayıb.

Qeyd edək ki, müğənni Elariz Məmmədoğlu bir müddət öncə “Greencard” udaraq Amerikaya köçüb.

Bahar RÜSTƏMLİ

AzNews.az