“Maşın”da son gecə: Finala kimlər qaldı?

Böyük finala Ramal İsrafilov, Lalə Mustafayeva və Suna Kasımoğlu qalıb

“Maşın” realiti-şousunun aparıcısı Murad Dadaşov sonuncu dəfə səsverməyə “stop” deyib.

O, bu gecə səsverməyə çıxan Kəmalə Piriyevanı yenidən tribunaya çağırıb.

Daha sonra canlı yayımda Piriyevaya tamaşaçılar tərəfindən gələn səslərin faiz nəticələri açıqlanıb.

Kəmalə 47,79 % səs toplayaraq şounu tərk edib.

Beləliklə, Kəmalə Piriyeva üçün “Maşın əldən getdi”.

Lalə isə göz yaşları içində oyunda final mərhələsinə çıxıb.

Bununla da böyük finala Ramal İsrafilov, Lalə Mustafayeva və Suna Kasımoğlu qalıb.

Qeyd edək ki, bu gecə iştirakçılar sonuncu dəfə otelə gedib səhərə kimi istirahət edə biləcəklər. Daha sonra şounun əsas şərtləri və qaydaları işə düşür. Onlar avtomobildən ayrıla bilməyəcəklər.

İştirakçılar yalnız xüsusi səs işarəsindən sonra iki saatdan bir bir əlini digər ilə əvəz edə biləcək. Buna rəğmən, oyunçular ürəkləri istəyən qədər su və qida ilə təmin olunacaqlar.(oxu.az)

AzNews.az